Britaniyada kişi üç gün ərzində təxminən 3 kiloqram saqqızlı ayı (marmelad) yedikdən sonra təcili yardıma düşüb.
“Medicina” xəbər verir ki, Nathan Riminqton Amazon-da 3 kiloqramlıq saqqızlı ayı sifariş edib və qısa müddət ərzində 10 min kilokalori dəyərində şirniyyatı təkbaşına yeyib.
Tezliklə kişi kəskin qarın ağrısı, tərləmə və zəiflik hiss etdi. O, xəstəxanaya aparılıb, həkimlər əvvəlcə qida zəhərlənməsindən şübhələniblər. Lakin testlər onun mədə-bağırsaq traktında yüksək səviyyədə jelatin olduğunu aşkar edib.
Əlavə müayinədən sonra Riminqtona kəskin divertikulit - divertikulun iltihabı (yoğun bağırsağın divarındakı kiçik kisələr) diaqnozu qoyuldu.
Həkimlər qeyd edirlər ki, jelatin və digər sıx maddələrin həddindən artıq istehlakı bağırsaq tıxanması və iltihabına kömək edə bilər.
O, altı gün reanimasiyada yatdı, vəziyyəti stabilləşənə qədər tam oruc tutdu.
Aygün Musayeva