3 oktyabr - Beynəlxalq Həkimlər Günü

  • 2022.10.03 14:15
  • 2692 Baxış
3 oktyabr - Beynəlxalq Həkimlər Günü

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir.


"Medicina" az xəbər verir ki, təşkilatın minlərlə həkimi müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparırlar. Hər il "Sərhədlərsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edirlər.



Həkimlik dünyanın ən qədim, ən humanist və çətin peşələrindən biridir. Yarandığı gündən bu peşəyə çox böyük hörmət və qiymət verilib. Hazırda bu sahədə çalışanlar indiyə qədər fəaliyyət göstərən həkimlərin bilik və bacarıqları əsasında əldə olunmuş uğurlardan istifadə edirlər.

Həkimlər və səhiyyə işçiləri hər il öz peşə bayramları günü ilə əlaqədar olaraq müxtəlif maarifçilik tədbirləri - seminarlar, tibb peşəsi ilə əlaqədar mühazirələr, sərgi və təqdimatlar keçirirlər.


Aygün M