3 yaşlı körpəni elektrik cərəyanı vurdu

  • 2019.07.12 14:01
  • 6647 Baxış
3 yaşlı körpəni elektrik cərəyanı vurdu







İmişli rayonunda 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.



Medicina.az
xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Məmmədli kəndində baş verib.



Belə ki, 2016-cı il təvəllüdlü Həşimli Aylin Rəvan qızı yaşadığı evin həyətində oynayarkən ehtiyatsızlıqdan su quyusunda olan nasosa gələn elektrik xəttinə toxunub. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb.



Faktla bağlı araşdırma aparılır