Onun sözlərinə görə, artıq bir neçə ay sonra 30 ölkə kütləvi aclıqla qarşılaşa bilər.
Brisli belə ölkələri humanitar yardımla fasiləsiz təmin etməyə çağırıb. Bundan başqa, o humanitar yardımların çatdırılması üçün logistik mərkəzləri yaratmağı təklif edib. Brisli loqistik mərkəzlərin yaradılmasına 350 milyon ABŞ dolları ayırmaq təklifini də irəli sürüb.
“Əgər indi hərəkətə başlamasaq – girişi təmin etməsək, maliyyələşdirməylə və ticarətlə fasiləyə yol verməsək, onda biz doğrudan da bir neçə ay sonra “İncil miqyaslı” aclıqla qarşılaşa bilərik”, – o deyib.
Qeyd edək ki, Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbərinin özü də ötən ay koronavirusa yoluxub.
Devid Brisli Kanadaya rəsmi səfərdən sonra ABŞ-a qayıdarkən özünü narahat hiss edib və o müalicə kursu keçib.