31 may - Tütünsüz gün - Siqaretin fəsadları

  • 2024.05.31 16:59
  • 816 Baxış
31 may - Tütünsüz gün   - Siqaretin fəsadları

1988‑ci ildən dünyada 31 may tarixi Ümumdünya Tütünsüz Günü elan edilib.

"Medicina" tütünün orqanizmə təsiri barədə maraqlı araşdırmaları təqdim edir:

Bəzi xərçəng növlərinin siqaret çayla birlikdə istifadə edildiyi zaman yarandığı açıqlanıb.

Araşdırmalar zamanı bunun qida borusu xərçənginə səbəb ola biləcəyi məlum olub.

Daxili xəstəliklər mütəxəssisi, qastreontoloq və hepatoloq Yüksel Gümürdülünün sözlərinə görə, dünyada xərçəng növləri arasında 6-cı yerdə duran qida borusu xərçənginin ilk əlaməti qidanın udulmasında çəkilən çətinlikdir.

O, siqaret çəkməklə yanaşı isti içki qəbul edənlərin daha çox risk qrupuna daxil olduğunu qeyd edib.

"Bu, adətən gec bilinən, gizli gedən xəstəlikdir. İlkin ərəfələrdə qatı yeməklərdə baş verən çətin udqunma hissi xəstəlik irəlilədikcə sulu yeməklərdə də yaranır.

Bir müddət sonra isə xəstə heç udquna bilmir, mədə ağrısı, arıqlamaq, sinə hissəsində yanma hiss və ağrı, səsinin getməsi, qanama, öskürək, boğulma kimi əlamətlər üzə çıxır. Həm siqaret, həm isti içki, hərəsi təklikdə həyat üçün riskdir. İkisinin birlikdə istifadəsi isə bu riski iki dəfə çoxaldır”, - deyə hepatoloq vurğulayıb.


"Orqanizmdə A, B, C, E vitaminləri, maqnezium, sink, selenium olmaması xəstəliyin başlıca yaranma səbəblərindəndir. Meyvə və tərəvəzlərdən kifayət qədər istifadə edilmədikdə də bu risk payı artır”.

Aygün M