35 yaşından əvvəl siqareti tərgidəndə nə baş verir?

  • 2026.01.08 16:18
  • 183 Baxış
35 yaşından əvvəl siqareti  tərgidəndə nə baş verir?

35 yaşından əvvəl siqareti tərgitsəniz, bədəniniz heç vaxt siqaret çəkməyən bir insan səviyyəsinə qədər bərpa oluna biləcək.


Medicina.az xəbər verir ki, pulmonoloq Larisa Afanasyeva bu barədə məlumat verib.


"Son siqareti çəkdikdən iyirmi dəqiqə sonra qan təzyiqiniz normallaşacaq, ürək fəaliyyətiniz bərpa olunacaq, əllərinizə və ayaqlarınıza qan axını yaxşılaşacaq. Səkkiz saatdan sonra qanınızdakı oksigen səviyyəsi normallaşacaq və iki gündən sonra qoxu və dad hissiniz yaxşılaşacaq".

O, əlavə edib ki, siqareti tərgitdikdən altı ay sonra idman göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşır və miokard infarktı və ağciyər xərçəngi riski iki dəfə azalır.


Aygün Musayeva