39 yaşlı polkovnik ürəktutmasından vəfat etdi

  • 2022.08.19 12:13
  • 1294 Baxış
39 yaşlı polkovnik ürəktutmasından vəfat etdi



Azərbaycan Silahlı Qüvvələrinin polkovniki qəfildən dünyasını dəyişib.

“Medicina” xəbər verir ki, 1983-cü il təvəllüdlü polkovnik Seymur Ənvər oğlu Zülfüqarov ötən gün ürəktutmasından həyatını itirib.

S.Zülfüqarov Laçın rayonunda xidmət edirmiş. O, bir neçə gün öncə məzuniyyətə çıxıb və doğulduğu İsmayıllı rayonuna gedib. Hadisə də orada baş verib.

“Medicina” tövsiyə edir ki, xüsusən isti günlərdə diqqətli olmaq, vaxtı-vaxtında təzyiqi ölçmək, qidaya fikir vermək lazımdır.