4 ayda arıqlamaq üçün ən effektiv pəhriz hansıdır? – Yeni araşdırma

  • 2026.08.28 18:16
  • 112 Baxış
4 ayda arıqlamaq üçün ən effektiv pəhriz hansıdır? – Yeni araşdırma

Yeni araşdırmaya görə, ketogen pəhriz bədəndəki yağların azalmasına və bəzi sağlamlıq problemlərinin yaxşılaşmasına kömək edə bilər.

Medicina.az xəbər verir ki, araşdırmada piylənmə, prediabet və qaraciyər yağlanması olan 42 nəfər iştirak edib. Onlar 4-5 ay ərzində müxtəlif pəhrizlər saxlayıblar.

Nəticədə bütün pəhrizlərin arıqlamağa kömək etdiyi məlum olub. Lakin ketogen pəhriz saxlayanlarda qaraciyərdəki yağ daha çox azalıb.

Belə ki, bu qrupda qaraciyər yağlanması orta hesabla 67% azalıb. Digər pəhrizlərdə isə bu göstərici təxminən 45% olub.

Araşdırma həmçinin göstərib ki, ketogen pəhriz bəzi insanlarda qan şəkəri ilə bağlı problemlərin yaxşılaşmasına da kömək edib.

Mütəxəssislər bildirirlər ki, nəticələr ümidvericidir. Ancaq ketogen pəhriz hər kəs üçün uyğun deyil və xüsusilə sağlamlıq problemi olan şəxslər bu pəhrizə başlamazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.

Xanım,
Medicina.az