4 yaşlı uşaq binadan yıxılıb öldü

  • 2022.08.18 15:18
  • 1640 Baxış
4 yaşlı uşaq binadan yıxılıb öldü

Bakıda azyaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.


Medicina.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Məhəmmədi qəsəbəsində qeydə alınıb.


4 yaşlı Cəlali Zəhra Anar qızı yaşadıqları binanın 6-cı mərtəbəsinin eyvanından yıxılaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.