Kişi sağlamlığı üçün riskli yaş dövrü 40-50 yaşdır. Əsasən kişilərdə uroloji problemlər bu yaşdan qaynaqlanır. Bir çox təhlükəli xəstəlikləri vaxtında aşkar etmək üçün eyni vaxtda, eyni yerdə hansı müayinələrdən keçmək lazımdır?
Birdəfəlik,planlı və daha sərfəli müayinə forması çek-ap adlanır.  
“Medicina” xəbər verir ki,  Respublika Diaqnostika Mərkəzində əhalinin hər yaş təbəqəsi üçün uyğun çek-ap paketləri mövcuddur.
40-50 yaş arası kişilər üçün standart çek-apa nələr daxildir?
 
- Həkim-terapevtin müayinəsi
 - Qanın ümumi analizi
 - Sidiyin ümumi analizi
 - EKQ
 - Uroloji USM
 - CEA
 - Vitamin D
 - Xolesterin
 
Çek-ap qiyməti:   148 AZN
Cəmi bir neçə saat ərzində bir günə tam müayinə olunub, gündəlik iş və həyatınıza davam edə bilərsiz.
Aygün Musayeva