Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

40 min tibb tələbəsi koronavirusa görə səfərbər olunur – Həkimlərə kömək

  • 2020.03.30 16:15
  • 3187 Baxış
40 min tibb tələbəsi koronavirusa görə səfərbər olunur  – Həkimlərə kömək

Rusiya Səhiyyə Nazirliyi tibb təhsili alan tələbələri koronavirusla mübarizəyə cəlb edir.

Medicina.az "RİA Novosti"yə istinadla bildirir ki, nazirlik hazırda ali təhsilini tamamlamaq üzrə olan həkim ordinatorları, eləcə də aspiranturada təhsil alanları, orta ixtisas tibb məktəblərinin tələbələrini müalicə və yardıma cəlb etmək üçün sənədlər hazırlayır.


Rusiya səhiyyə nazirinin sözlərinə görə, infeksiyanın yayılmasının qarşısını almaq üçün təxminən 40 min tibb işçisi mobilizə olunacaq.