40 yaşından sonra bu 2 qidadan imtina edin

  • 2022.04.19 17:44
  • 3529 Baxış
40 yaşından sonra bu 2 qidadan imtina edin

40 yaşından sonra qadınlar hormonal və psixi sağlamlığı üçün 2 qidadan imtina etməlidir.


Bakupost.az xəbər verir ki, bu barədə rusiyalı dietoloq həkim Nuriya Dianova deyib.

"Konfet, şokolad, şirniyyat, şəkər və ağ çörəkdən imtina etmək lazımdır. Çünki 40 yaşa qədər orqanizm az-çox təbii ehtiyatları ilə qanda, bədəndə iltihabi göstəricilərin qalxmasının qarşısını alır.


Lakin 40 yaşdan sonra orqanizmin iltihab göstəricisi artır. Oynaq, toxumalar, qan iltihabı özündə saxlayır.


Şəkər və ağ un iltihabı daha da artırır. Bu da xroniki xəstəliklər yaradır, qadının tez qocalmasına, gənclik və gözəlliyini itirməsinə gətirib çıxarır.

Qadınlar çayı təbii quru meyvə ilə içməyə alışmalıdır Bu meyvələr marketlərdə satılan olmamalıdır. Çünki ona fruktoza siropu qatılır.
Konfet və karamel isə uşaqdan tutmuş böyüyə kimi hər kəsə zərərlidir".


Aygün Musayeva
BakuPost