4000 illik yaşı olan qədim xəstəlik tapıldı

  • 2023.06.01 12:34
  • 1045 Baxış
4000 illik yaşı olan qədim xəstəlik tapıldı
İngiltərənin cənub-qərbində iki qədim məzarlıqda təxminən 4 min il əvvəl vəbadan ölən insanların sümükləri aşkar edilib.


"Medicina" xəbər verir ki, bu adamların ölümünə səbəb olan mikroblar Şərqi Avropada bu yaxınlarda tapılan qədim vəba çöpləri ilə eynilik təşkil edib.

“Bu yaxınlarda İspaniya və Şərqi Avropada izləri tapılan vəba çöplərinin eyni ştammının İngiltərədə tapılması bu vəbanın çox yoluxucu olduğunu göstərir. O, uzaq keçmişdə sürətlə uzun məsafələrə yayılıb. pandemiya yarada bilərdi - deyə tədqiqatçılar bildirib.


Qeyd edək ki, sözügedən məzarlıqlarda daş və tunc dövrlərinin qovşağında Böyük Britaniya ərazisində yaşamış 34 qədim sakinin qalıqları var.

Aygün Musayeva