Deyv Purçis, 42 saat Milad nəğmələri oxuyaraq, Rekordlar kitabına düşüb.
“Medicina” xəbər verir ki, ingiltərəli kişi 38 mahnı oxuyub və onları 18 dəfə təkrarlayıb (cəmi 684 mahnı).
Müğənniyə hər saat beş dəqiqəlik fasiləyə icazə verildi, amma təbii ki, bu, tam istirahət etmək üçün kifayət deyildi. Deyv etiraf etdi ki, 32 saatdan sonra təslim olmaq istəyib: çox yuxulu idi.
Lakin tamaşaçıların dəstəyi gözlənilmədən ona adrenalin axını axını verib. Səsinə gəldikdə isə, Deyv sonda son dərəcə aşağı və yüksək notları oxumaq qabiliyyətini itirdi, lakin orta səsi demək olar ki, dəyişməz qaldı.
63 yaşlı rekordçu həmişə mahnı oxumağı sevib və əvvəllər yerli teatrda və kruiz gəmilərində yarımştat işləyib, ona görə də vokal sənətində tam təcrübəsiz deyil.
Aygün Musayeva