5-10 ilə kənd yerlərində həkim tapılmayacaq - Səhiyyənin ən böyük problemi

  • 16 Noy 2021 15:27
  • 449 Baxış
5-10 ilə kənd yerlərində həkim tapılmayacaq -  Səhiyyənin ən böyük problemi
Kənd yerlərində və ucqar bölgələrdə çalışan həkimlərin orta yaşı təxminən 55-dir. Bu da o deməkdir ki, 5-10 ildən sonra bu ərazilərdə həkim çatışmazlığı problemi yaşanacaq. Çünki gənc həkimlər yaxşı şəraitin olmaması səbəbindən ucqar bölgələrə getmək istəmirlər, bu da xidmətin əlçatımlılığını aşağı salır.

Medicina.az xəbər verir ki, ictimai sağlamlıq və səhiyyənin təşkili üzrə mütəxəssis Tural Qulu ilə Azərbaycan səhiyyə sisteminin 5 vacib istiqaməti haqqında məlumat verib
“Tibb təhsili, ilkin səhiyyə, təcili yardım, xəstəxanalar, bu sahədə islahatlar aparılmasının fonunda ən önəmli məsələlərdən biri kadr siyasətidir. Çünki yekunda səhiyyə sisteminin növündən, maliyyələşmə mexanizmindən asılı olmayaraq xidməti tibb bacısı və həkim göstərir. Ona görə də investisiya onlara olmalıdır.”

Mütəxəssis onu da qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsində ən böyük problemlərdən biri gənc həkimlərin işləmək üçün kütləvi şəkildə xarici ölkələrə üz tutmasıdır və bu problemi aradan qaldırmaq üçün araşdırmalar aparmaq lazımdır.
5-10 ilə kənd yerlərində həkim tapılmayacaq -  Səhiyyənin ən böyük problemi