Azərbaycanlı professor Ukrayna Tibb Elmləri Akademiyasının üzvü seçildi

  • 2026.09.26 17:26
  • 156 Baxış
Azərbaycanlı professor Ukrayna Tibb Elmləri Akademiyasının  üzvü seçildi


Xarkov Milli Tibb Universiteti Ultrasəs və Funksional diaqnostika kafedrasının müdiri, tibb elmləri doktoru, azərbaycanlı professor Rizvan Yaqub oğlu Abdullayev Ukrayna Tibb Elmləri Ademiyasında 22 sentyabr 2026-cı il tarixdə keçirilmiş seçkinin nəticəsinə görə Akademiyaya müxbir üzv seçilib.


Medicina.az xəbər verir ki, Professor Rizvan Yaqub oğlu Abdullayev ultrasəs (funksional) diaqnostikası sahəsində görkəmli mütəxəssisdir.
O, 30 mart 1959-cu ildə Azərbaycanın Mərəzə (hazırkı Qobustan) rayonunda anadan olmuşdur

Tibb elmləri doktoru və professor elmi adını qazanmış, funksional və ultrasəs diaqnostikası istiqamətində uzunillik elmi-pedaqoji fəaliyyət göstərmişdir. O, tibbi diaqnostika, dopleroqrafiya və ultrasəs müayinələrinə dair bir çox fundamental elmi işlərin, monoqrafiyaların və "Ultrasəs diaqnostikası atlası" (Atlas ultrasound diagnosis) kimi dəyərli vəsaitlərin müəllifidir.

Uzun illərdir Ukraynanın Xarkov şəhərində yaşayıb çalışır.
Bir müddət öncə o, Qarabağa, Xankəndiyə səfər edib.

Aygün Musayeva
Medicina.az