Fransız yazıçısı Raymond Queneanın 1960-cı ildə yazdığı və çap olunan “Yüz trilyon şeir” kitabı sadəcə, 10 səhifəlik olsa da, onu oxuyub başa çatdırmaq hələ heç kimə qismət olmayıb.
Medicina.az xəbər verir ki, kitabın hər səhifəsində 14 hissəlik sonetlər yer alıb. Lakin hər sətir ayrı zolaqlar halında kəsildiyi üçün oxucu fərqli səhifələrdəki sətirləri istədiyi qədər birləşdirə bilər.
Nəticədə hər dəfə yeni şeir ortaya çıxır. Ortalama 100 trilyon şeir sayı ola bilər.
bir şeirin oxunması 50-60 saniyə sürərsə, bütün kitabı və şeirləri oxumaq 200 milyon il alır.
Deməli, bu kitabı oxumağa insan ömrü yetmir.
Oxucular hər şeirin məzmununun da maraqlı ola biləcəyini düşünür.
Aygün Musayeva