Aralıqlı oruc qadınlar üçün zərərlidir

  • 2026.09.25 18:11
  • 120 Baxış
Aralıqlı oruc qadınlar üçün zərərlidir



Son illərdə fasiləli oruc – interval aclıq inanılmaz dərəcədə populyar bir arıqlama metoduna çevrilib. Bir çox şou-biznes ulduzu bu şəkildə arıqlayırlar. Lakin qadınlar üçün fasiləli oruc qəti şəkildə tövsiyə edilmir.

Medicina.az xəbər verir ki, qidalanma üzrə mütəxəssis Luiza Robbins xəbərdarlıq edib:


"Məsələ fasiləli orucun təsirsiz olması deyil, o,yaxşı nəticələr verə bilər, amma qadının sağlamlığı üçün tam faydalı deyil. Qan şəkəri səviyyəsini sabitləşdirmək üçün müntəzəm yemək lazımdır, bu, xüsusilə menstrual dövrünün lüteal fazasında, hormonal dəyişikliklərin qan şəkəri səviyyəsinin aşağı düşməsinə və iştahanın yaranmasına səbəb olduğu dövrdə vacibdir".

Robbins tövsiyə edib ki, Optimal pəhriz uzun müddət ərzində riayət edə biləcəyiniz pəhrizdir (və adətən onun adı olmur!). O, yaxşı balanslaşdırılmış olmalı və bütün makronutrientləri (zülal, yağ və karbohidratlar), eləcə də sağlamlığın daha yaxşı dəstəklənməsi üçün əlavə mikroelementlər kimi bol tərəvəzləri əhatə etməlidir".


Aygün Musayeva