Göyçay və ətraf rayon sakinləri üçün xoş xəbər!

  • 2026.09.28 18:16
  • 96 Baxış
Göyçay və ətraf rayon sakinləri üçün xoş xəbər!

Müasir MRT xidməti və digər diaqnostik müayinələrə çıxış daha da asanlaşdı

Göyçay və ətraf rayonlarda yaşayan sakinlər üçün mühüm tibbi yenilik həyata keçirilib.

Medicina.az xəbər verir ki, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin Göyçay filialında müasir Maqnit Rezonans Tomoqrafiyası (MRT) fəaliyyətə başlayıb.

Yeni istifadəyə verilən MRT xidməti sayəsində bölgə sakinlərinin müasir görüntüləmə müayinələrindən yararlanmaq üçün uzaq şəhərlərə üz tutmağına ehtiyac qalmayacaq. Mərkəzdə MRT ilə yanaşı Komputer Tomoqrafiyası (KT) və rentgen xidmətləri də 24 saat fəaliyyət göstərəcək. Beləliklə də xəstələrin diaqnostik müayinələrə daha operativ və rahat çıxışı təmin olunacaq.

MRT müayinəsi bir çox xəstəliklərin erkən aşkarlanması və dəqiq diaqnostikası baxımından mühüm əhəmiyyət daşıyır.

Göyçay filialında fəaliyyətə başlayan yeni xidmət vasitəsilə aşağıdakı sahələr üzrə müayinələr aparılır:

Baş beyin və hipofiz vəzi
Fəqərə sütunu və onurğa beyni
Sümük-oynaq sistemi
Qarın və çanaq orqanları
Yumşaq toxumalar

Mütəxəssislərin sözlərinə görə, MRT müayinəsi daxili orqanların və toxumaların yüksək dəqiqliklə görüntülənməsinə imkan verir, bu da bir çox xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və düzgün müalicə planının hazırlanmasına kömək edir.

Ətraflı məlumat və qeydiyyat üçün əlaqə:
(050) 246 14 11+ WhatsApp
(020) 274 70 80/90