5 ildir yemək yeyə bilməyən 9 yaşlı qız əməliyyat olundu

  • 11 Apr 2022 17:49
  • 840 Baxış
5 ildir yemək yeyə bilməyən 9 yaşlı qız əməliyyat olundu


Yekaterinburq şəhərində 5 ildir qida qəbul edə bilməyən 9 yaşlı məktəbli əməliyyat olunub.

Bakupost.az xəbər verir ki, 5 ildir zondla qidalanan qız onkoloji xəstə idi.

Onun başında aparılan 2 əməliyyatdan sonra udma refleksi pozulmuşdu.

Xəstəni bu illər ərzinə xüsusi qarışımla qidalandırıblar.

Xərçəngə qalib gələn qızın həyatını xilas etmək üçün onu normal yeməsini təmin etmək lazım idi.

Əməliyyatdan sonra xeyriyyə fondunun dəstəyi ilə qızın üzərində 10 nəfərdən ibarət həkim komandası çalışıb.

Onun dili, yanağı, boğazı xüsusi masaj olunub, psixoloqlar seanslar aparıb, reabilitasiya prosedurları keçirilib.

Nəhayət Tanya yarım qab sıyığı özü aspirator və zondsuz yeyə bilib.

Həkimlər və ailəsi bunu möcüzə adlandırıb.

Həkimlər bir neçə aya qızın aparatsız, zondsuz müstəqil yeyə biləcəyini açıqlayıb.

Aygün Musayeva
BakuPost