5 təbii qarın işlədici vasitə

  • 2019.01.30 10:27
  • 13950 Baxış
5 təbii qarın işlədici  vasitə

Qadınlarda qəbizlik kişilərə nisbətə daha tez-tez müşahidə edilir. Alimlərin fikrincə bunu səbəbi həzm prosesinə təsir edən hormonlardır. 


Qəbizlik zamanı təbii vasitələrlə də bu problemi aradan qaldırmaq mümkündür.

 

Medicina.az sizə bu vasitələrdən bəzilərini təqdim edir: 


Qatıq

 

Qatıq və digər probiotikli qidalar bağırsağa və həzm prosesinə yaxşı təsir edir. Bağırsaqlarda çox sayda bakteriyalar yaşayır. Əgər faydalı bakteriyalar hər hansı bir səbəbdən məhv olublarsa o zaman insanda qəbizlik və köp kimi əlamətlər yarana bilər. Probiotiklər xeyirli bakteriyaların çoxalmasına kömək edərək həzm sistemini qaydaya salır. 


Su 


Su da həzm sisteminin normal işləməsini təmin edir. Su əsasən nəcisi yumşaq və sürüşkən hala salır.

 

Yaşıl tərəvəzlər


İspanaq, brokkoli kimi yaşıl tərəvəzlər lif qaynağı olduğundan həzm üçün çox faydalıdır. Sellüloza bağırsağın hərəkətliliyini təmin edir və defikasiya aktının normada saxlayır.

 

Quru meyvələr və meyvələr

 

Yaşıl tərəvəzlər kimi meyvələr də liflə zəngindirlər. Həzmə kömək edən meyvələrə ilk növbədə giləmeyvələr, alma və armud aid edilir. 

Quru meyvələrdən isə albuxara, qaysı qurusu qəbizliyi aradan qaldırmaq üçün yaxşı vasitədir.

 

Kətan toxumu 


1 x/q kətan toxumun tərkibində 3 qram lif mövcuddur. Kətan toxumu bağırsağın toxumalarına təsir göstərərək selik ifraz olanmasının təmin edir ki, bu da həzmə yaxşı təsir edir. Ona görə də çalışın ki, qida rasionunuzda kətan toxumuna yer ayırasınız. Onu şorbaların, salatların tərkibinə qataraq istifadə edə bilərsiniz.  


Arzu

Medicina.az