5 yaşlı uşaq ikinci mərtəbədən yerə düşdü

  • 2019.04.29 16:36
  • 8741 Baxış
5 yaşlı uşaq ikinci mərtəbədən yerə düşdü



Bakıda 5 yaşlı uşaq ikinci mərtəbədən yıxılıb. 



Medicina.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.  



Belə ki, 2014-cü il təvəllüdlü Rüstəm Şəkərli ikinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 



Faktla bağlı araşdırma aparılır.