50 il sonra saxladığı balı açdı - FOTO

  • 2026.06.15 23:18
  • 222 Baxış
50 il sonra saxladığı balı açdı -  FOTO

Kahramanmaraşda bir bal istehsalçısının 50 il zirzəmidə saxladığı balı sosial mediada böyük diqqət çəkib.

Medicina.az xəbər verir ki, Kahramanmaraşda bir bal istehsalçısı 50 il zirzəmidə saxladığını iddia etdiyi balı açıb.

Videoda istehsalçı illər keçməsinə baxmayaraq balın xarab olmadığını və ya turşlaşmadığını bildirib.



Daha sonra izləyicilərə müraciət edərək "Bunu yeyin, hamınız bal kimi şirin olacaqsınız!" deyib.

Təbii balın xarab olmadığı və uzun illərdən sonra da keyfiyyətini qoruduğu elmi cəhətdən məlum bir həqiqətdir.

Lakin 50 il saxlanılan balın bu qədər təzə görünməsi diqqəti cəlb edib.

Aygün
Medicina.az