Qrenlandiyanın buzlaqlarında təxminən 50 min il yaşı olan canlı viruslardan biri oyanmaq üzrədir.
"Medicina" xəbər verir ki, viruslar dərin qatlarda deyil, buzlaqların səthində, mikroyosunlarla qarşılıqlı əlaqədə olduğu yerdə aşkar edilib. Bu yosunlar buzun əriməsinə səbəb olaraq, mikroblar üçün qida mühiti yaradır və buz örtüyünün dağılmasını sürətləndirir.
Mütəxəssislərin xüsusi diqqətini Pandoravirus cəlb edib ki, bu da əridikdən sonra amöblərə yoluxa bilər. Onun ölçüsü bir mikrometrə çatır və genomu təxminən 2,5 milyon nukleotiddən ibarətdir ki, bu da onu Yerdə məlum olan ən böyük viruslardan birinə çevirir.