50 yaşa çatmadan vəfat edən məşhurların ölüm səbəbləri - SİYAHI

  • 2022.01.13 15:57
  • 3911 Baxış
50 yaşa çatmadan vəfat edən məşhurların  ölüm səbəbləri -  SİYAHI
Son zamanlar 50-60 yaşa çatmadan vəfat edən tanınmış simaların sayı artır.

Medicina.az xəbər verir ki, lent.az 50 yaşa çatmadan dünyadan köçən tanınmış simaların siyahısını hazırlayıb.


Biz eyni zamanda onların ölüm səbəblərini də əlavə edirik.


Müğənni Elçin Cəlilov 2005-ci il mayın 10-da 37 yaşında dünyasını dəyişib. O, narkotiklərin fəsadlarından və doza artıqlığından vəfat edərək, evində ölü tapılıb.

Reper Hüseyn Dərya 2014-cü il martın 15-də 38 yaşında vəfat edib. O, avtomobil qəzasında həlak olub.

Əməkdar artist Xanım Qafarova 2014-cü il İyulun 11-də (47 yaşında) dünyasını dəyişib. Xərçəng xəstəliyindən vəfat edib.

Meyxanaçı Vüqar Biləcəri 2020-ci il avqustun 29-da 32 yaşında vəfat edib. Sirrozdan əziyyət çəkirdi.

"Ələkbər əmi" adı ilə tanınan aktyor Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də 46 yaşında vəfat edib. Qaraciyər sirrozundan rəhmətə gedib.

"Bakılı oğlanlar" komandasının kapitanı Anar Məmmədxanov 2011-ci il aprelin 23-də 40 yaşında vəfat edib. O, ürək tutmasından, infarktdan evindəcə keçinib.

Reper Anar Nağılbaz 2018-ci il avqustun 4-də 44 yaşında dünyasını dəyişib. Qaraciyər sirrozu, narkotikin fəsadları.

"Yeni Ulduz - 2" müsabiqəsinin qalibi Rəcəb Musayev 2011-ci il yanvarın 8-də 35 yaşında vəfat edib. O, avtomobil qəzasında dünyasını dəyişib.

Müğənni Rüfət Mehdiyev 2011-ci il fevralın 1-də 41 yaşında dünyasını dəyişib. O, qəflətən insultdan rəhmətə gedib.

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də 30 yaşında vəfat edib. Yol qəzasında hamilə ikən həlak olub.

Müğənni Xeyransa Məmmədova 1995-ci il iyunun 2-də 28 yaşında dünyasını dəyişib. O, ana olarkən doğuş zamanı ölüb.

Meyxanaçı Aydın Xırdalanlı 2019-cu il martın 23-də 41 yaşında vəfat edib. Ölüm səbəbi qaraciyər sirrozu.

Xanəndə Səxavət Məmmədov 1991-ci il sentyabrın 30-da 37 yaşında dünyasını dəyişib. Avtomobil qəzasında həlak olub.

Aktyor Ramiz Hüseynzadə 2021-ci il martın 18-də 41 yaşında vəfat edib. Qəflətən beyin insultu olub, avtomobildə keçinib.

Bəstəkar Hikmət Mirməmmədli 2007-ci il 22 mayda 46 yaşında dünyasını dəyişib. Məclisdə ürək infarktından rəhmətə gedib.

Dünyaca məşhur şatmatçı Vüqar Həşimov 28 yaşında 2014-cü ildə vəfat edib. Ölüm səbəbi beyin şişi idi.

Tanınmış jurnalist Elnur Əşrəfoğlu 2021-ci il oktyabrın 19-da 47 yaşında vəfat edib. O, koronavirusdan həyatını itirdi.

Tanınmış aşıq Azər Xanlaroğlu ( Məhərrəmov ) 2018-ci il mayın 12-də 35 yaşında dünyasını dəyişib. O hepatit və qaraciyər xəstəliyindən əziyyət çəkirdi.

Stilist Balaş Əliyev (Bala-ağa) 2021-ci il fevralın 22-də 38 yaşında vəfat edib. Qan xərçəngindən vəfat edib.