50 yaşdan sonra bu analizlər vacibdir

  • 2025.09.27 17:29
  • 218 Baxış
50 yaşdan sonra bu analizlər vacibdir

50 yaşından sonra sağlamlığınızı qiymətləndirmək üçün bir neçə vacib testdən keçmək lazımdır.


“Medicina” xəbər verir ki, həkim Qonzalesin sözlərinə görə, məhz 50 yaşda orqanizm bir sıra dəyişikliklərə məruz qalır.


"Əzələ kütləsində azalma, qarında yağ yataqlarının artması, qan damarlarının sərtliyinin artması, sümük sıxlığının azalması, görmə və eşitmədə dəyişikliklər, hormonal disbalans”.

Həkim buna əsaslanaraq, 50 yaşdan yuxarı şəxsləri ümumi qan analizi və lipid profilini yoxlamağa, həmçinin qlükoza, D vitamini, qalxanabənzər vəzi hormonlarının səviyyəsini – TSH, T3,, böyrək və qaraciyər funksiyalarını yoxlamağa çağırıb.

Bu, ürək-damar və metabolik riskləri qiymətləndirmək və uzunmüddətli sağlamlığa mənfi təsir göstərə biləcək hər hansı anormallıqları müəyyən etmək üçün lazımdır.


Eləcə də qadınlar qanda kalsium, maqnieziumu yoxlatmalıdır.
Daxili orqanların USM və ağciyərlərin rentgeni ildə 1 dəfə edilməlidir.


Aygün Musayeva