50 yaşdan sonra meyvə yeməyi azaltmaq lazımdır - Qastroenteroloq

  • 2022.08.31 15:00
  • 2174 Baxış
50 yaşdan sonra meyvə yeməyi azaltmaq lazımdır  - Qastroenteroloq


50 yaşı keçdikdən sonra müəyyən qidalar, hətta meyvə tərəvəzlər orqanizmə xeyirdən çox zərər verir.


"Medicina" xəbər verir ki, qastroenteroloq Sergey Lopatin 50 yaşdan sonra meyvələrin elə də faydalı və lazımlı olmadığını bildirib.


50 yaşdan sonra insanlar birdən-birə sağlamlığının qeydinə qalmağa başlayıb, yağlı, qızarmış yeməkləri azaldır, əvəzinə meyvələri artırır.


Birinci vacibdir, amma ikincini etmək lazım deyil.

50 yaşdan sonra meyvələr orqanizmə çox fruktoza verir, bu da qaraciyəri yükləyir.

Xroniki xəstəliyi olanlar ümumiyyətlə şirin meyvələri yeməməlidir

Yaşlı insanlar meyvələri sobada pörtüb bişirib yeyə bilər.

Təzə çəkilmiş meyvə şirələri isə ümumiyyətlə məsləhət deyil.


Aygün Musayeva