61 yaşlı kişi toyda öldü

  • 2019.08.30 09:54
  • 7181 Baxış
61 yaşlı kişi toyda öldü
Bərdə rayonunda orta yaşlı kişi ürəktutmadan ölüb. Medicina.az-ın məlumatına görə, hadisə rayonun Kətəlparaq kəndində qeydə alınıb. Rayon sakini 1958-ci il təvəllüdlü Hüseynov Ayaz İsa oğlu şadlıq sarayında toyda olarkən olan zaman halı pisləşib. O, rayon mərkəzi xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.