65 il evli olan cütlük eyni gündə öldü

  • 2020.03.30 10:16
  • 2048 Baxış
65 il evli olan cütlük eyni gündə  öldü
ABŞ-ın Çikaqo şəhərində 65 il evli olan cütlük koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

Bu barədə onların nəvəsi öz tvitter mikrobloqunda məlumat yayıb.


Stiven Neşin sözlərinə görə, nənə-babası eyni gün bir neçə saat fərqi ilə vəfat edib.

Qeyd olunur ki, cütlüyün 6 övladı və 18 nəvəsi var.

Xatırladaq ki, ABŞ COVİD-19-a yoluxan ölkələr sırasında ilk yerdədir. Birləşmiş Ştatlarda 142, 637 nəfər virusa yoluxub, onlardan 2485-i ölüb.