7 aylıq hamilə tibb bacısı evində ölü tapıldı - FOTO

  • 2026.06.01 22:45
  • 205 Baxış
7 aylıq hamilə tibb bacısı evində ölü tapıldı -  FOTO

Antalyadakı bir xəstəxananın təcili yardım şöbəsində çalışan tibb bacısı 29 yaşlı Esra Uğur evində ölü tapılıb.


Medicina.az xəbər verir ki, 7 aylıq hamilə olan gənc qadının ölümü ilə bağlı istintaq başlayıb və polis intihar ehtimalına diqqət yetirir.



Hadisə Kepez rayonunun Yeşilyurt məhəlləsindəki bir mənzildə baş verib. Bir müddətdir ondan xəbər ala bilməyən qohumları boşanma prosesində olduğu ərindən kömək istəyiblər.

Ünvana gedən ər polis qrupları ilə mənzilə daxil olub. Evə baxış zamanı Esra Uğur qolunda damardaxili damcı ilə divanda hərəkətsiz tapılıb.

Xəbərdarlıqla ünvana gələn tibb qrupları 29 yaşlı tibb bacısının həyatını itirdiyini müəyyən ediblər. Hadisə yerində aparılan araşdırmalardan sonra Uğurun cəsədi yarılma üçün Antalya Məhkəmə Tibb İnstitutunun morquna aparılıb.



Anası Emine Uğur və Məhkəmə Tibb İnstitutuna gələn qohumları böyük kədər yaşayıblar. Cənazə təhvil verilərkən göz yaşlarını saxlaya bilməyən ana huşunu itirib və təcili yardım maşınına aparılıb.

Polis araşdırmaları Esra Uğurun bir müddətdir əri ilə problemləri olduğunu, boşanma prosesində və qumar borclarının olduğunu ortaya çıxarıb. Məlum olub ki, araşdırma aparan qruplar gənc qadının qolundakı damar damcısına anestezik maddə vuraraq həyatına son qoymuş ola biləcəyi ehtimalına diqqət yetirirlər. Hadisə ilə bağlı araşdırma davam edir.

Aygün
Medicina.az