Alimlər 7 saatdan az yatan insanların ölüm riskinin artdığını aşkar ediblər.
Medicina.az xəbər verir ki, amerikalı alimlər yuxu çatışmazlığının ölüm riskini artırdığını aşkar ediblər.
ABŞ-da aparılan araşdırma göstərib ki, yuxu çatışmazlığı siqaretdən sonra ölüm riskinin ikinci ən güclü göstəricisidir.
Alimlərin fikrincə, sağlam yuxu üçün ən azı 7-9 saat yatmalıyıq.
ABŞ-dakı Oregon Sağlamlıq və Elm Universitetindən Endryu MakHillin rəhbərlik etdiyi tədqiqat, 2019-2025-ci illər arasında 3000-dən çox bölgədə yuxu müddəti ilə ömür uzunluğu arasındakı əlaqəni araşdırıb.
"SLEEP Advances" jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, bu əlaqə gəlir səviyyəsi, səhiyyə xidmətlərinə çıxış və ya insanın şəhər və ya kənd yerində yaşaması kimi amillərdən asılı deyil.
Aygün
Medicina.az