70 minlik burun əməliyyatına girdi - Öldü

  • 2026.05.01 22:13
  • 260 Baxış
70 minlik burun əməliyyatına girdi -  Öldü

Türkiyədə 23 yaşlı qız burun əməliyyatından sonra dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, Hatice Öncü (23) 22 apreldə rinoplastika əməliyyatı üçün Çiğlidəki özəl bir xəstəxanaya getdi. Əməliyyat zamanı halı pisləşən Öncü 23 apreldə İzmir Şəhər Xəstəxanasına köçürüldü, lakin xilas edilə bilmədi.

Ailə xəstəxana və həkimlərə qarşı prokurorluğa cinayət işi açdı. İzmir Vilayət Səhiyyə Müdirliyi araşdırma başlatdı.

Ana Remziye Kanak qızının necə gülümsəyərək əməliyyata girdiyini izah edib: "O xəstəxananı bağlamalıdırlar. Qızımın "beynində və ağciyərlərində ödem var" dedilər, məni aldatdılar."

Ata İbrahim Öncü, xəstəxana sənədlərində qızının anesteziyadan oyanmadığını və 70.000 TL (2,632 manat) ödədiklərini iddia etdi.

Aygün
Medicina.az