8-ci sinif şagirdi anemiyadan vəfat etdi

  • 2026.03.10 15:53
  • 155 Baxış
8-ci sinif şagirdi anemiyadan vəfat etdi


Xaçmazda 8-ci sinif şagirdi Fatimə Zəkiyeva vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə şagirdin təhsil aldığı Xudat şəhər N.Nərimanov adına 2 saylı tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, F.Zəkiyeva uzun müddət davam edən aplastik anemiya xəstəliyindən sonra martın 8-də dünyasını dəyişib.