83 yaşlı Dədə Süleyman xəstəxanaya yerləşdiriləcək

  • 2022.10.19 15:41
  • 1790 Baxış
83 yaşlı Dədə Süleyman xəstəxanaya yerləşdiriləcək

Xalq artisti Ağadadaş Ağayev və aparıcı Hacı Nuran Hüseynov Əməkdar artist Süleyman Abdullayevi (Dədə Süleyman) ziyarət edib.

"Medicina" xəbər verir ki, onun tezliklə xəstəxanaya yerləşdirilməsi gözlənilir.

Hacı Nuran bildirib ki, onlar sənətkarı buna razı sala biliblər.


"Əslində bunu qızı çoxdan etmək istəyirmiş, amma özü razı olmurmuş. Bizdən isə keçə bilmədi. Ağadadaş Ağayevə də, mənə də söz verdi ki, həkim müayinəsinə gedəcək. Düzdür, vəziyyəti kritikdir, ayağı qanqrena edib. Ayağını qurtarmaq mümkün olacaqmı, bilmirik".

Qeyd edək ki, xanəndənin qızı atası Aygün Abdullayeva həkimlərin də çarəsiz olduğunu demişdi:

"Ürəyinin yalnız 30 faizi fəaliyyət göstərir. Bir il əvvəl atamın ayağının baş barmağında qanqrena başladı. Amputasiya olundu. Bir il keçəndən sonra bu ilin avqustinda digər barmağı qaralmağa başladı. Onu da amputasiya etdilər. Ayağı çox pis vəziyyətə düşdü. Həkimlər elə bir nəticəyə gəldilər ki, yaş həddinə görə, daxili orqanlarında ciddi problemlər olduğuna və hətta ciyərlərinə yığıldığına görə heç cür riskə gedə bilmədiklərini söylədilər".


Aygün Musayeva