Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

87 pasiyenti zorlayan kişi ginekoloq həbs edildi

  • 2024.11.29 17:41
  • 1933 Baxış
87 pasiyenti zorlayan kişi ginekoloq     həbs edildi

20 il ərzində qəbul etdiyi pasiyentlərinə qarşı seksual hərəkətlər edən və onları videoya çəkən həkim ginekoloq həbs edilib.


“Medicina” xəbər verir ki, Norveç polisi 55 yaşlı ginekoloq Arne Bayaya ittiham irəli sürüb. Ondan 94 qadın şikayətçidir. Bu hadisə ölkə tarixində səhiyyə və seksualizm mövzusunda ən qalmaqallı məhkəmə işidir.


Şikayətçilər içində ən yaşlı qadının 63 yaşı var, hansı ki, həkimin 10 il öncə pasiyenti olub. Ən gəncin isə 15 yaşı var.


Tədqiqata 6000 saatlıq videomaterial təqdim olunub. Belə ki, həkim pasiyentə demədən onların ginekoloji müayinəsini açıq şəkildə bir neçə rakursdan kameraya çəkib.

Arne Bay Norveçin kiçik şəhərciyi olan Frostedə işləyib, orda əhali az olduğundan bütün qadınlara bir həkim düşüb



Həkimin qurbanlarından biri həkimin onun bədəninin digər hissələrinə toxunduğunu, müayinənin çox uzun çəkdiyini və ağrılı olduğunu bildirib.

Ginekoloqun 21 il cəza alacağı təxmin edilir.

Aygün Musayeva