9 günlük körpə koronavirus şübhəsi ilə karantinə alınıb.
Medicina.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Gürcüstanın Marneuli rayonunda qeydə alınıb.
Tbilisi Dövlət Tibb Universitetinin klinikasına yerləşdirilən yeni doğulmuş körpənin ağır tənəffüs çatışmazlığı problemi var.
Hazırda vəziyyəti stabildir.
Məlumata görə, artıq körpədən koronavisrusla bağlı test də götürülüb və analiz edilməsi üçün labaratoriyaya göndərilib.