90 yaşlı nənə turnikdə rekord vurdu

  • 2026.04.08 14:19
  • 105 Baxış
90 yaşlı nənə turnikdə rekord vurdu


Amerikalı Anne Crile Esselstyn 90 yaşında qeyri-adi bir rekord qırdı: o, turnikdə 2 dəqiqə 52 saniyə asılı qalaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Medicina.az xəbər verir ki, qadın İlk cəhdində, heç bir xüsusi məşq etmədən, bir dəqiqədən çox davam gətirdi və sonra oğlunun rekordunu keçdi. Məhz bu, onu dünya rekordu uğrunda mübarizə aparmağa sövq etdi.

Rəsmi müşahidəçilər qarşısında keçirilən ilk sınaq ona 2 dəqiqə 41 saniyəlik nəticə qazandırdı, lakin hakimlər rekordçunun ayaqlarına təpik vurduğu üçün təkrar cəhd etməsini istədilər.

Cəmi yarım saat sonra 90 yaşlı Anne vaxtını 11 saniyə artırdı və dünya rekordçusu oldu.

Aygün Musayeva