90 yaşlı professor vəfat etdi

  • 2026.03.17 10:45
  • 270 Baxış
90 yaşlı professor  vəfat etdi

Azərbaycan Dillər Universitetinin (ADU) professoru Gəray Yusifov dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, G.Yusifov 11 noyabr 1936-cı il Yevlax rayonunun Salahlı kəndində anadan olub.

1955-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunda İngilis dili fakültəsində təhsil alıb.