ABŞ-da bu kovid vaksini ləğv olundu - Tromb yaradır

  • 2022.05.06 15:24
  • 1340 Baxış
ABŞ-da bu kovid vaksini ləğv olundu  - Tromb yaradır


ABŞ-da bir sıra yan təsirə görə "Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndinin istifadəsini məhdudlaşdırılması qərarına gəlinib.

Medicina.az xəbər verir ki, FDA-ya görə, dərmanı istifadə edərkən qan laxtalanma sindromunun inkişaf riski artır.

Həkimlər "Johnson&Johnson" peyvəndinin istifadəsindən sonra tromboz hallarını müəyyənləşdiriblər. Bundan sonra peyvəndin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Qərardan sonra 18 yaşdan yuxarı amerikalılara ABŞ tərəfindən təsdiqlənən digər peyvəndlərdən vurulacaq.

Qeyd edək ki, "Johnson&Johnson" şirkətinin peyvəndi 2021-ci ilin fevral ayından istifadə edilir, bundan əlavə, ABŞ-da Moderna və Pfizer peyvəndlərindən istifadə olunur.