ABŞ-da virusdan ölənlərin sayı 4000-ə çatır

  • 2020.04.01 09:16
  • 1225 Baxış
ABŞ-da virusdan ölənlərin sayı 4000-ə çatır
ABŞ-da koronavirusdan ölənlərin sayı 3873-ə çatıb.

Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Təsdiqlənmiş yoluxma halların sayı 188 172 nəfər təşkil edir. ABŞ bu göstərici ilə dünyada birincidir.

Qeyd edək ki, ÜST-ün ən son məlumatlarına görə, indiyədək dünyada 750 mindən çox yoluxma halı qeydə alınıb, 36 mindən çox insan vəfat edib.