Azərbaycanlı müğənni İlhamə Qasımova bu gün karantinə alınıb.
Medicina.az xəbər verir ki, bu barədə müğənni özü məlumat yayıb.
“Bakıya çatan kimi aeroportda bizdən pulsuz analiz götürdülər, daha sonra karantinə götürüldük. Bizə verilən otaq çox gözəl və səliqəlidir, hər şeydən çox razıyam. Bunu bilin ki, başqa ölkələrdə test pulludur”.
Qeyd edək ki, müğənni 4 ildən çox idi ki, Amerikada yaşayırdı.