ABŞ-də 60 ildən sonra yenidən peyda olan ətyeyən parazit "Yeni Dünya Sürüntüsü" (NWS) Texasdan sonra Nyu-Meksikoda aşkar edilib. Hakimiyyət orqanları buzovlarda, keçilərdə və itlərdə parazitin tapılması səbəbindən həyəcan təbili çalır, mütəxəssislər isə yeni yoluxma hallarının ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edirlər.
Medicina.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) Texasdan sonra Nyu-Meksikoda NWS hallarının təsdiqləndiyini açıqlayıb.
Hakimiyyət orqanları bildirib ki, əvvəllər Texasda üç buzovda və bir keçidə aşkar edilən parazit Nyu-Meksiko ştatının Lea dairəsindəki bir itdə də aşkarlanıb. Nyu-Meksiko ştatının baytar həkimi Samantha Holeck yoluxmuş itin tapıldığı ərazidə araşdırma başlandığını və daha çox hal aşkar edilərsə, araşdırmanın genişləndiriləcəyini bildirib.
Florida Universitetindən entomoloq Edvard Burgess yaxın günlərdə yeni halların ortaya çıxa biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, 4 iyunda Texas ştatının La Prayor şəhərindəki bir buzovun göbək bağında ətyeyən parazit aşkar edilib ki, bu da 1966-cı ildən bəri bir heyvanda ilk NWS halıdır.
Hakimiyyət orqanları parazitin yayılmasının qarşısını almaq üçün əraziyə milyonlarla sterilizasiya edilmiş qurd milçəklərini buraxmağı planlaşdırır. Bu üsul yalnız bir dəfə cütləşən dişi milçəklərin mayalanmamış yumurta qoymasının və yeni sürfələr əmələ gətirməsinin qarşısını almağı hədəfləyir.
Aygün
Medicina.az