ABŞ-ın baş infeksionisti Afrika ştammından qorunma yolunu - AÇIQLADI

  • 29 Noy 2021 16:26
  • 859 Baxış
ABŞ-ın baş infeksionisti Afrika ştammından qorunma yolunu -  AÇIQLADI
ABŞ baş infeksionisti Entoni Fauçi prezident Baydenə məruzəsində yeni Omikron ştammından qorunmaq üçün yeganə yolu açıqlayıb.

Medicina.az xəbər verir ki, infeksionist revaksinasiyanın ən etibarlı yol olduğunu deyib.

“Bizə 2 həftə vaxt lazımdır ki, bu ştammın yoluxuculuğu, ağırlıq dərəcəsi və digər təsirləri barədə dəqiq informasiya əldə edək. 2 doza peyvənd olunmuşların buster dozanı vurdurması istənilən mutasiyadan ağırlaşmanın qarşısını ala bilər”.

Ağ Ev ekspertləri bütün peyvənd olunmuş şəxslərə mümkün qədər tez üçüncü dozanı vurdurmağa çağırır.

Kim ki, hələ peyvənd olunmayıb, təcili olunsun. Hazırda ABŞ-da 6 ay öncə Pfizer vaksini vurduran hər kəs üçüncü dozaya dəvət olunur.