ABŞ prezidentinin beyni öz funksiyasınıı itirir, əlil olacaq - Həkim narkoloq

  • 2022.04.16 15:57
  • 2587 Baxış
ABŞ prezidentinin beyni öz funksiyasınıı itirir, əlil olacaq   -  Həkim narkoloq

Co Baydenin beyni ilə bağlı əqli gerilik xəstəliyi irəliləyir, cəmi 3-5 il ərzində siyasi liderin əlil olma ehtimalı yüksəkdir. Söhbət əqli geriləmədən gedir.

Bakupost.az xəbər verir ki, bu barədə narkoloq, psixoterapevt Vasiliy Şurov danışıb.


"Prezidentin beyin koordinasiyası ilə bağlı problemləri gələcəkdə də funksiyaların itirilməsinə qədər proqressivləşəcək.

Bu uzun ömür sürənlərin üzücü problemidir. Tibb az-çox orqanizmin, daxili orqanların funksiyasını təmin edə bilər, amma beyin hüceyrələri məhv olmağa doğru gedirsə, onun qarşısını almaq mümkün deyil".


Həkim qeyd edib ki, Baydenin koordinasiya pozuntusu dəfələrlə təyyarəyə enib-düşərkən görünüb.

Onun üzərində böyük həkim psixoterapevt komandası işləyir, öncədən hər sözü, çıxışı, hərəkəti hazırlanır. Çox güman ki, güclü psixostimulyatorlar da verilir.

Baydendə şəxsiyyətin pozulması görünür. İnsan köməksizdir. O, daima özünü itirir, hara getdiyini bilmir, nə deyəcəyini bilmir. Ona daim yardım edirlər. Bəzən ətrafında baş verənləri də dəqiqliklə anlamır.

Çox güman ki, Bayden ikinci dəfə prezident seçkilərinə getməyəcək və bu mümkün deyil. Yəqin ki, beyninin funksiyası birdəfəlik prezident müddəti üçün yetərli olar".


Aygün Musayeva
BakuPost