Türkiyədə açıq satılan düyüdə pişik nəcisi tapılıb.
Medicina.az xəbər verir ki, hadisə Mersində bazarda baş verib. Hadisə yoldan keçənlər tərəfindən mobil telefonları ilə lentə alınıb və sosial mediada paylaşılıb.
Görüntülərin yayılmasından sonra Vilayət Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinin qrupları araşdırma aparıb. Müdirlik mağazanı 52.000 TL (1,970 manat) cərimələyib.
Aygün
Medicina.az