Adel konsertdə huşunu itirdi

  • 2023.08.29 17:03
  • 1856 Baxış
Adel konsertdə huşunu itirdi

Britaniyalı pop-diva Adel Las-Veqas konsertində çıxışı zamanı huşunu itirib.

“Medicina” xəbər verir ki, müğənninin sözlərinə görə, o özünü kəskinləşən radikuliti səbəbindən pis hiss edib və yaxşı ki, kulisdə yıxılıb.


“Köməkçilər məni döşəmədən qaldırdılar. Ona görə mən indi səhnədə bir az oturub, öz radikulitimdən dincəlməyə çalışıram”.


Adel dəfələrlə belindəki ağrılar barədə danışmışdı. Onda çox güclü radikulit var və o yeriməkdə çətinlik çəkir.


Bunun səbəbini müğənni illərlə alışdığı qəhvədən imtina etməkdə görür. Kofeindən imtina mənə baha başa gəldi, bədənim əsirdi və miqrenim gücləndi.


Aygün