Adi kələmdən yay salatı – Hazırlanma qaydası

  • 2019.05.23 20:07
  • 17781 Baxış
Adi kələmdən yay salatı –  Hazırlanma qaydası
İsti yay aylarında faydalı yeməklər hazırlamaq üçün sizə optimal reseptlər lazımdır.

Adi kələmdən bir qab dolu salat hazırlaya bilərsiniz.


Medicina.az vitamin bombası təsirli salatı təqdim edir.


Ərzaqlar:


Təzə baş kələm – 500 qr

Kök –1 ədəd

Müxtəlif göyərtilər

Sarımsaq -2 diş

Yaşıl qorox – 3 x.q

Mayonez – 30 ml

Duz, istiot


Hazırlanması:


Kələm nazik uzunsov doğranılır. Bir qədər duz səpilib ovxalanır. Kök sürtgəcdən keçirib, ona sarımsaq qatılıb qarışdırılır.

 

Kələm bir qədər sıxılıb dərin qaba yığılır, kök, xırdalanmış göyərti, yaşıl noxud əlavə olunur, duz, istiot, mayonez də qatılıb, qarışdırılır. 10 dəqiqə soyuducuda saxlanılır.