"Təəssüf edirəm ki, bəzi insanlarımız hələ də məsuliyyətsiz münasibət bəsləyirlər. Hamımız dərk edirik ki, kasıb, aztəminatlı, işləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər, hazırlanıb paylanana qədər, imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər. Əgər Nərimanov rayonu, 20 saylı 2-ci seçki dairəsinin ərazisində tanıdığınız imkansız, aztəminatlı ailələr varsa, zəhmət olmasa, mənə xəbər verin" - deyə, A.Əliyev bildirib.
Vitse-spiker bütün vətəndaşları dövlətin koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün verdiyi qərarlara əməl etməyə səsləyib.