Afrikada vəba yayılır?

  • 2022.12.23 15:46
  • 820 Baxış
Afrikada vəba yayılır?

Vəba epidemiyası bütün dünyada yayıla bilər.

"Medicina" xəbər verir ki, xəstəlik “Vibrio cholerae” adlı bakteriyanın törətdiyi bağırsaq infeksiyası xəstəliyidir. Kəskin və şiddətli ishal ilə müşayiət olunur, xüsusilə aclıq olan ölkələrdə və müharibə bölgələrində tez-tez rast gəlinir.

Şərqi Afrika ölkəsi Malavidə baş qaldıran vəba epidemiyasında həyatını itirənlərin sayı 410-a çatıb. Malavi səhiyyə naziri Khumbize Çiponda verdiyi açıqlamada bildirib ki, ölkədə keçən ilin mart ayından bəri ilk vəba hadisəsinin aşkarlanmasından bu yana 13 min 837 xəstə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ay Malaviyə 2,9 milyon doza vəba peyvəndi göndərib.