Ağ Evdə koronavirus yayılıb?

  • 2020.05.09 15:50
  • 1540 Baxış
Ağ Evdə koronavirus yayılıb?


ABŞ-ın vitse-prezidenti Mayk Pensin mətbuat katibi Keti Miller koronavirusa yoluxub.

Medicina.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib. Onun sözlərinə görə, Millerin koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.

“O, möhtəşəm, gənc qadındır. Bir neçə dəfə verdiyi test neqativ çıxmışdı, sonra birdən bu gün müsbət nəticə verdi”, - deyə Tramp Ağ Evdə Respublikaçı Konqres üzvləri ilə görüşü zamanı söyləyib.

Miller tez-tez mətbuat üzvləri ilə görüşdüyündən Ağ Ev jurnalistlərin koronavirus üçün daha çox testlər verməsinə şərait yaradıb.

Qeyd olunur ki, K. Miller Amerika liderinin böyük məsləhətçisi Stiven Millerlə ailəlidir.

Bununla da Ağ Evdə COVID-19-a ikinci yoluxma faktı (bundan öncə Trampın köməkçisi xəstəliyə yoluxmuşdu) təsdiqlənib.

Bu məqamda bildirək ki, ABŞ-da 1 milyon 322 min 163 nəfər koronavirusa yoluxub, 78 min 616 nəfər vəfat edib. 223 min 749 nəfər isə sağalıb.